YUNİS RZAYEV

Yunis Rzayev 1924-cü il mayın 2-də Göyçə mahalının Basarkeçər rayonunun Şişqaya kəndində anadan olub.  19431946–cı illərdə ordu sıralarında xidmət edib, Zaqafqaziya Hərbi Dairəsi nəzdində siyasi məktəbdə oxuyubdur. 19501953-cü illərdə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil alıb, həmçinin Azərbaycan KP MK nəzdində Ali Partiya məktəbini bitiribdir.  O, sonralar, 19601962–ci illərdə Moskva şəhərində keçmiş Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Ali Partiya məktəbində təhsilini davam etdiribdir. Ermənistan KP Basarkeçər rayon komitəsində təlimatçı kimi işə qəbul edilib, 1950-ci ildə Basarkeçər Rayon Partiya Komitəsində şöbə müdiri vəzifəsinə irəli çəkilib, 1953-cü ildən İcraiyyə Komitəsinin sədri olub, 1957–ci ildə Krasnoselo Rayon Partiya Komitəsinin birinci katibi seçilibdir. Yunis Rzayev 19621963–cü illərdə Martuni Rayon Kolxoz–sovxoz İstehsalat İdarəsində partiya təşkilatçısı, 1963–cü ildən 1965–ci ilə qədər Basarkeçər Rayon Kolxoz–sovxoz İstehsalat İdarəsi partiya komitəsinin katibi vəzifələrində çalışıbdır. 19651966–cı illərdə Basarkeçər Rayon Partiya Komitəsinin birinci katibi, 19681970–ci illərdə Ermənistan Dövlət Meşə Təsərrüfatı Komitəsinin sədr müavini vəzifəsində işləyibdir.                                                           Yunis Rzayev 19541959–cu illərdə Ermənistan KP MK üzvlüyünə namizəd, 1959–cu ildən isə üzvü olub, Sov.İKPXXIII–XXIV qurultaylarının nümayəndəsi, VII çağırış SSRİ Ali Sovetinin, IV, V, VI çağırış Ermənistan SSR Ali Sovetinin deputatı və respublika Ali Soveti Rəyasət Heyəti sədrinin müavini seçilibdir. 19701973–cü illərdə Şamaxı Rayon Partiya Komitəsinin birinci katibi, 1985–ci ilin yanvarı 24-nədək Dövlət Üzümçülük və Şərabçılıq Komitəsinin sədri vəzifəsində işləyibdir.                                                                                                           O, həmçinin   VIII, IX və X çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub, əməyi dövlət tərəfindən “Lenin”“Oktyabr İnqilabı”, üç “Qırmızı Əmək Bayrağı” ordenləri, 9 medal və fəxri fərmanlarla qiymətləndirilib.                                                                                             Yunis Rzayev 1985-ci il yanvarın 24-də Bakı şəhərində vəfat edib. II Fəxri Xiyabanda dəfn olunub.