ŞİŞQAYA KƏNDİ

İrəvаn qubеrniyаsının Nоvоbаyаzid qəzаsındа kənd аdı. Şişqaya kəndi Şah İsmayıl Xətainin hakimiyyəti illərindən əvvəl də mövcud olmuşdur. Belə ki, Sarıyaqub və Babacan kəndlərinin Şişqayadan köçənlər tərəfindən salındığı tarixdə məlumdur. Sarıyaqub kəndinin idarəçiliyinin Şah İsmayıl tərəfindən Miskin Abdala həvalə edilməsi, bu məsələnin dəqiqliyini bir daha təsdiqləyir. 1728-ci ilə аid mənbələrdə adı qеyd оlunmuşdur. Əhalinin əsas hissəsini Cənubi Azərbaycanın Xoy, Rum, Mazandaran, Diyarbəkr, İsfahan əyalətlərindən və İrəvan mahalının Uluxanlı bölgəsinin Necili kəndindən gələnlər təşkil edirdilər. Kəndin adı Qocadağ və Qaradağ adlanan hər iki dağın arasında yerləşən, hündürlüyü 45-50 metrə çatan Şişqayanın adı ilə bağlıdır.Kəndə dəfələrlə (1905, 1915, 1918-ci illər) silahlı erməni quldur dəstələri tərəfindən hücumlar olmuş,əhali qırğınlara məruz qalmışdır.İlaxır çərşənbə 1919-cu ildə polkovnik Hələbyanın başçılıq etdiyi daşnak terror qrupu Göyçə mahalının Şişqaya kəndində xüsusi qəddarlıq aktı törətmiş, 640 nəfər dinc, əliyalın kənd sakinini  barışıq adı ilə boş evə doldurub yandırmışlar.1920-ci ilin aprelində “Azərbaycan” qəzeti yazırdı: “Artıq Göyçə mahalında müsəlman qalmayıb. Hazırda Yeni Bəyazid qəzasında 84 müsəlman kəndi dağıdılmışdır, onlardan 22 kənd apreldə dağıdılmışdır. Daşkənd, Qoşabulaq, Sarıyaqub, Baş Şorca, Aşağı Şorca, Soğanqulu-ağalı, Ağkilsə, Zod, Qulu, Ağalı, Böyük Qaraqoyunlu, Kiçik Qaraqoyunlu, Zərzibil, Ədli, İnəkdağ], Qaraiman, Kəsəmən, Baçkənd, Bala Məzrə, Şişqaya, Baş Hacı, Qəribqaya kəndlərinin 15 mindən artıq evi olan əhalisi bütün malı, dövləti başlı-başına buraxıb qaçmışdır. Bütün bu var-dövlət hazırda ermənilərə qalıb, qarət edilmiş əmlak bir neçə milyon və hətta milyardlar qədərdir”.