SUBATAN KƏNDİ

Göyçənin mənzərəli kəndlərindən biri olan Subatan kəndi rayon mərkəzindən 12 km cənub- qərb tərəfdə yerləşmişdir. Kənd cənub tərəfdən 6 km Çaxırlı kəndi ilə, şərq tərəfdən 5 km Tüstülü və Yuxarı Zağalı kəndləri ilə həmsərhəddir. Kəndin eni 2 km, uzunluğu isə 2,5 kmdir. Mənbəyi Şişpilləkən və Qarnıyarıq dağlarından başlayan Zağalı çayı kəndin ətrafından keçərdi. Çaydan qonşu Çaxırlı, Tüstülü və Qırxbulaq kəndlərinin əhalisi də istifadə edərdi. Kəndin 1350 hektar torpağı olmuşdur. Ondan 650 hektarı əkənək, 700 hektarı isə otaraq və biçənək sahələridir. Bunun 650 hektarı əkin, qalanı isə otlaq və biçənək sahəsi idi. Rayon mərkəzindən 12 km cənub-qərbdə yerləşən Subatan cənubda Yuxarı Zağalı, şimalda ÇaxırlıTüstülü, qərbdə QızılvəngYarpızlı, şərqdə DaşkəndQırxbulaq kəndləri ilə həmsərhəd olub.