ƏLƏDDİN ALLAHVERDİYEV

Ələddin Məmmədhüseyn oğlu Allahverdiyev 1947-ci il may ayının 29-da Qərbi Azərbaycanda Basarkeçər rayonunun Kəsəmən kəndində anadan olmuşdur.[2] 1964-cü ildə Bakı şəhərindəki 190 saylı orta məktəbi medalla bitirib (məktəbi medalla bitirən ilk Kəsəmənlidir),[3] S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin mexanika şöbəsinə daxil olmuşdur.[4] Üçüncü kursu bitirdikdən sonra M.V.Lomonosov adına Moskva Dövlət Universitetininmexanika-riyaziyyat fakültəsində təhsilini davam etdirmişdir. Həmin Universiteti bitirdikdən sonra onun aspiranturasında saxlanılmış,[5] Moskva Dövlət Universitetinin qapalı Elmi Şurasında “Pyezoelektrik konstruksiyaların əlaqəli rəqslərdə elektrofiziki parametrlərinin tədqiqi” mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş və fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi almışdır. Elmi rəhbəri Sosialist Əməyi Qəhrəmanı akademik Xəlil Raxmatulin olmuşdur. Moskva Dövlət Universitetində təhsilini başa vurduqdan sonra təyinatla SSRİ Elektron Sənayesi Nazirliyinin Ümumittifaq Elmi-Tədqiqat “FONON” institutuna işə qəbul edilmiş, 19741994-cü illərdə kiçik elmi işçi, baş elmi işçi və “Riyazi modelləşdirmə” şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 2001-ci ildə Ələddin Allahverdiyev Rusiya Federasiyasının Ali Attestasiya Komissiyasının qərarı ilə professor elmi adına layiq görülmüşdür. Onun elmi rəhbərliyi altında 7 nəfər (o cümlədən 3 azərbaycanlı) namizədlik dissertasiyası müdafiə etmişdir, o onlarla dissertasiyanın müdafiəsində rəsmi opponent olmuşdur. 19941995-ci illərdə Rusiya-ABŞ müştərək “Qreen Star İnternational” şirkətində Baş Direktorun elm və istehsalat işləri üzrə müavini vəzifəsində çalışmışdır. 19951996-cı illərdə Moskvanın Zelenoqrad şəhər Orta və Kiçik Biznes Müəssisələri Assosiyasının direktoru işləmişdir. 1996-cı ilin sentyabrından Moskva Dövlət Biznesi İdarəetmə Akademiyasında (MDBİA) ali və tətbiqi riyaziyyat kafedrasının müdiri və professoru vəzifələrində işə başlamış, 19971999-cu illərdə eyni zamanda iqtisadiyyat və menecment fakültəsinin dekanı olmuş, 2000-ci ildən etibarən həmin Akademiyanın 1-ci prorektoru – tədris-metodika işləri üzrə prorektoru vəzifəsində çalışmışdır. Bu illər ərzində ali və tətbiqi riyaziyyat (riyaziyyatın iqtisadiyyatda və menecmentdə tətbiqinə aid) sahələrinə həsr olunmuş 24 monoqrafiya, dərslik və dərs vəsaitləri çap etdirmişdir. Rusiya Federasiyası Ali Məktəblərinin təhsil üzrə prorektorları Şurasının, Moskva şəhəri Təhsil Departamentinin koordinasiya Şurasının, MDBİA-nın Elmi Şurasının üzvü, həmin Akademiyanın Tədris-metodika Şurasının sədri vəzifələrində olmuşdur. Hal-hazırda “MİET” Milli Tədqiqat Universitetində professor, tədris işləri üzrə prorektor müavini, tədris prosesinin keyfiyyəti sahəsinin rəhbəridir.                                                                                                                                                   Ə.Allahverdiyev Dünya Azərbaycanlılarının bütün qurultaylarının nümayəndəsi olmuşdur