İNƏKDAĞI KƏNDİ

TARİXİ

 

İrəvаn qubеrniyаsının Аlеksаndrоpоl qəzаsındа kənd аdı.Kənd rаyоn mərkəzi Bаsаrkеçərdən 19 km məsаfədə yеrləşir. İnəkdağı kəndinin yaranma tarixi aldığımız mənbələrə görə XVIII əsrin başlanğıcında (1715-1720) Dərişdilər tayfasından olan Qazax Məmmədin adı ilə bağlıdır.25 yаnvаr 1978-ci ildə kəndin adı Yenikənd, 19 аprеl 1991-ci ildə ermənilər kəndin kəndin adını dəyişərək  Tretuk qoyulmuşdur.             13 aprel 1919-cu ildə tayqulaq Andronikin başçılıq etdiyi daşnak terror qrupları Göyçə mahalının 22 kəndinə, Inəkdağı və ətraf kəndlərə basqın etmiş, əhalisini yurd-yuvasından didərgin salmışlar. Söyüdlü aşırımından Kəlbəcər tərəfə aşmağa can atan 400 ailə qara, çovğuna düşərək Sümüktökülən dərədə kütləvi şəkildə donvurmadan məhv olmuşlar.

 

ƏRAZİSİ

Kənd rayon mərkəzindən 14 km şimal tərəfdə yerləşmişdir. Kənd üç tərəfdən dağlardan, ətəyi isə geniş düzənliklərdən ibarətdir. Kənd cənub tərəfdən 9 km Böyük Məzrə kəndi ilə, kimal tərəfdən 25 km Azərbaycan respublikasının Kəlbəcər rayonu ilə, qərb tərəfdən 3 km Zod kəndi ilə, şərq tərəfdən isə, 3 km Canəhməd kəndi ilə həmsərhəddir. Kəndin adı yarandığı ilk gündən 1988-ci ilin dekabrına qədər iki dəfə dəyişdirilmişdir. Kəndin ilk adı İnəkdağı sözünün mənası kəndin şimal hissəsindəki yüksəklikdə yerlən inək formasında olan dağın adı ilə bağlıdır. Deyilənlərə görə dağın ətrafındakı meşəlikdə vaxtı ilə maral sürüləri yaşayarmış. Marallardan biri kəndin dərişdilər tayfasından Aişə nənənin qapısına gələrək sağılardı. Kəndin ilk adı 1976-cı ilə qədər İnəkdağı, ikinci adı isə erməni daşnaqlarının apardıqları Antitürk siyasətinin təsiri nəticəsində dəyişdirilərək Yenikənd qoyulmuşdur. Həmin ad 1988-ci ilin dekabrına qədər olmuşdur. Kəndin eni 1 km, uzunluğu isə 2 km-dir. Kəndin 3600 hektar torpağı olmuşdur. Ondan 860 hektarı əkənək, 2470 hektarı otaraq, 70 hektarı isə biçənək sahələridir. Kəndin ərazisində adları Türk toponimlərində ibarət olan çox mənzərəli və gəxməli yerlər vardır. Kənddən 1 km şimal hissədə yerləşən “Alma ağacı” və “İkdağı” adlanan pirlər dini abidələrdir. Həmin pirlərə kənd əhalisi ilə birlikdə qonşu kəndlərində əhalisi niyyət edər, nəzir dilər və qurban kəsərdilər. Ortasında ulu tanrıdan bəxş edilən kiçik sandıqça şəklində dörd ədəd alma ağacının birləşməsindən əmələ gələn Almaağacı adlanan həmin pir çınqıllıq olan bir dərədə yerləşmişdir. Həmin ağacdan 100-150 m aralıqda bir bulaq sızaraq ağacı suvarardı. Kəndin ərazisindəki bəzi yurd yerləri aşağıdakılardır. Qurban bulağı, Ağbulaq, Soyuq bulaq, Şuşəli bulaq, Xacca qarının yeri, Qurban biçən yer, Pörnək biçən yer, Boşçala biçənəyi, Calaçuxur biçənəyi, At tutulan dərəsi və biçənəyi, Bayramqulu dərəsi, Göydöş örqşü, Caldağ əkənəyi və başqa yerlər. Kəndin ərazisində 3 su ilə işləyən dəyirman olmuşdur. Bunlar Həmidlilər tayfasından Bəşirin, Daşdəmirlilər tayfasından Xamoyun və Məşədilər tayfasından Əsgərxanın un dəyirmanlarıdır.