ZOD KƏNDİ

https://ok.ru/video/242784080315

 

TARİXİ

XX əsrin ortalarına kimi əhalisi əsasən azərbaycanlılardan ibarət olan qədim yaşayış məskəni . Hal-hazırda Ermənistanın ərazisindədir. XX əsrin ortalarından 1988-ci ilə qədər bir müddətdə SSRİ-nin və Ermənistanın apardıqları məqsədyönlü siyasət nəticəsində ərazidən bütün azərbaycanlılar məcburi köcürülmüşlər. 1988-ci ildə beş minə yaxın azərbaycanlının yaşadığı kənddə bir ümumtəhsil, iki ibtidai məktəb, bir texniki peşə məktəbi, bir yüngül metallurgiya müəssisəsi, bir xəstəxana və digər sosial-iqtisadi müəssisələr fəaliyyət göstərirdi. Ümumittifaq əhəmyyətli Zod Dağ-Mədən Kombinatı burada yerləşirdi. Dəmir yolu və digər mühüm nəqliyyat və infrastruktura malik kənd ötən əsrin 80-ci illərində yüksək inkişaf səviyyəsinə çatmışdı.                                                                                                                          Zod qədim türk dillərində sərt, keçilməz uca dağlıq yerdə məskunlaşmış el, oba yurd yeri deməkdir. Kənd 1921-cü ildə Sovet rəhbərliyi tərəfindən tarixən ancaq azərbaycanlıların məskunlaşdığı bütöv Göyçə mahalı ilə birlikdə Ermənistana verilib. Kəndin himini salan Kəsəmənlilər tayfasının banisi Vəliağa olmuşdur. Vəliağanın özü Qazax mahalının Dağ-Kəsəmən kəndindəndir. Vəliağa əvvəlcə Göyçə mahalının Kəvər rayonunun Göyçə gölü ətrafına yaxın olan Vəliağalı kəndinin, sonra isə XIV əsrin sonlarında (1387-1388) və XV əsrin əvvəlində (1400) indiki Zod kəndinin himini salmışdır. Vəliağa və onunla birlikdə Zoda gələn ağsaqqallar yaşamaq üçün əlverişli suyu və münbit torpağı, maldarlıq üçün əlverişli olduğunu görüb həmin yeri daimi yaşayış yeri seçmişlər. Kəndin ərazisi Qazax mahalının yaylaqları olmuşdur. Vəliağa nəinki Zod kəndini özünə daimi yaşayış məskəni seçmişdir, hətta indiki Dərə kəndinin ərazisini də özü üçün yaylaq yeri seçmişdir.

 

İQTİSADİYYATI

1988-ci ilə qədər Zod kəndinin əsas iqtisadi fəaliyyət sahələri mədən sənayesi, metallurgiya, əkinçilik və maldarlıqdan ibarət olmuşdur. Kənd əhalisinin 1988-ci ildə deportasiyasından sonra kənddə iqtisadi fəaliyyət tamamilə tənəzzül etmişdir. 19601970-ci illərdə əsası qoyulmuş Zod qızıl mədəni Sovet İttifaqının dağılmasından sonra tam gücü ilə istifadə edilmir. Azərbaycanla cəmi 5 km sərhəddə yerləşən qızıl mədəni əksər hissəsi Kəlbəcər rayonunun Söyüdlü zonasında yerləşən qızıl yataqlarının işlənməsi ilə məşğuldur.                                                                                                                                                                     Qızıl mədəninə xidmət məqsədi ilə 1960-1970-ci illərdə çəkilmiş Ağstafa-İcevan, İcevan-Razdan, Sevan-Şorca, Şorca-Zod elektrikləşdirilimiş dəmiryol xətti ümumilikdə Ermənistanın iqtisadiyyatının dirçəlməsinə xeyli təkan vermişdir.

ƏRAZİSİ

Kənd rayon mərkəzindən 9 km şərq tərəfdə yerləşmişdir. Kənd şimal tərəfdən 3 km Zərzibil və 2 km Ağkilsə kəndləri ilə, Basarkeçər yolunun şimal tərəfindən 3 km İnəkdağı kəndi ilə, eləcə də Azərbaycan Kəlbəcər rayonu ilə şərq tərəfdən 25-30 km həmsərhəddir. Kəndin eni 2 km, uzunluğu isə 5 km-dir. Kəndin 6000 hektar torpağı olmuşdur. Ondan 3000 hektarı otaraq və biçənək, 3000 hektarı isə əkinə yararlı torpaq sahələridir. Kəndin mərkəzində III-V əsrlərə aid olan, üzərində “Qrabar” əlifbası ilə yazılan Alban türklərinin tarixindən bəhs edən xaç daşlarını tarixi abidələr, kəndin və eləcə də mahalın tanınmış ziyarətgah yeri olan, Seyidlər tayfasının banisi Qara Seyidin ocağını da dini abidələrə misal göstərmək olar.

 

YER-YURD VƏ BULAQ ADLARI:

Onlardan Hənifə bulağı, Murtuz bulağı, Turş su, Gödək bulaq, Qoşa bulaq,Dənizin bulağı, mənbəsi qızıl mədənindən başlayan və kəndin mərkəzindən keçən Böyük çay, Ellərin komu, Calalların komu, Sarının dərəsinin komu, Qatarın komu, Raza oğlu örüşü, Qaranın örüşü, Sarının dərəsi, Şahqulunun dərəsi, Ardıclı dərəsi, Aşırrımın dərəsi, Aşırrımın komu, və başqa yerləri göstərmək olardı. Kəndin 8 un dəyirmanı olmuşdur. Onlardan 6-sı su ilə işləyən ,2-si isə xod, yəndi elektrik enerjisi ilə işləyən dəyirmanlardır. Su dəyirmanları 1973-1974 illərə, 1983-1984-cü illərdə tikilən xod dəyirmanları isə 1988 -ci ilin dekabrına qədər fəaliyyətdə olmuşdur. Həmin dəyirmanlardan qonşu kəndlərin də əhalisi istifadə edərdi.