ZƏKİ İSLAM

Zəki İslam 10 avqust 1939–cu ildə Göyçə mahalının Krasnoselo rayonunun Cil kəndində anadan оlub. Azərbaycan Pedaqoji İnstitutunu, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirib. Uzun müddət kolxoz və sovxozlarda rəhbər vəzifələrdə işləyib. Azərbaycan Aşıqlar Birliyi İdarə heyətinin üzvüdür. “Qızıl Qələm” mükafatı laureatıdır. Şeirlərini əsasən dini mövzuda yazır. Müasir aşıq şerinin tanınmış nümayəndəsi, dini şeir və poemaların müəllifidir.

Zəki İslam məşədi, kərbəlayi və hacıdır.