SAYALI SADIQOVA

Sayalı Sadıqova 1960-cı ildə Göyçə mahalında ziyalı ailəsində andan olmuşdur. 1981-ci ildə Azərbaycan Dövlət Pedoqoji Universitetinin (V.İ.Lenin adına APİ-nin) filologiya fakultəsini fərqlənmə diplomu ilə bitirmiş, həmin il Şuranın qərarı ilə Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun aspiranturasına daxil olmuşdur.1986-cı ildə “Azərbaycan ədəbi dilində termin-söz birləşmələri” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.                                                                                Sayalı Sadıqova 1984-cü ildən Azərbaycan MEA-nın Nəsimi adına Dilçilik İnstitutunda işləyir. 1997-ci ildə doktoranturanı bitirmiş, 1999-cu ildə “Azərbaycan dilində fizika-riyaziyyat terminologiyasının formalaşması və inkişafı” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.2000-ci ildən Azərbayjan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda “Terminologiya” şöbəsinin müdiri və AMEA Rəyasət Heyəti yanında Terminologiya Komissiyasının sədr müavinidir.